LAÇIN YOLUNDAKI AKSİYANIN 122-ci GÜNÜ: yol açıqdır, etirazlar davam edir (Yenilənib)

img

12-04-2023 [19:57]


Bu gün Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 122 gün ötür.

Mia.az xəbər verir ki, azərbaycanlı könüllülər ermənilərin ekoloji terrorun dayandırılması və ərazidə  monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.

Qeyd edək ki, Laçın yolu humanitar təyinatlar üçün tam açıqdır.

Bu gün saat 10.15-ə olan məlumata görə, sülhməramlıların 3 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib.

***

Bu gün saat 11.35 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinə aid içərisində erməni ailələri olan 3 minik, iki yük maşını Xankəndidən aksiyanın olduğu ərazidən keçməklə Ermənistana yollanıb.

***

Saat 13.46-ya olan məlumata görə, sülhməramlıların daha 54 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 57-yə çatıb.

***

Saat 18.20-yə olan məlumata görə, sülhməramlıların daha 26 maşını Laçın yolundan sərbəst keçid edib.

Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 83-ə yüksəlib.

***

Saat 19.57-yə olan məlumata görə, sülhməramlıların daha 7 maşını Laçın yolundan sərbəst keçid edib.

Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 90-a çatıb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA