LAÇIN YOLUNDAKI AKSİYANIN 121-ci GÜNÜ: ekofəallar ənənəvi tələbi səsləndirir (Yenilənib)

img

11-04-2023 [17:37]


Bu gün 121 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya davam edir.

Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar hər zaman olduğu kimi, bu gün də eyni tələbi səsləndirir: ekoloji terrorun dayandırılması və ərazidə  monitorinq aparılmasına şərait yaradılması.

Xatırladaq ki, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.

Bu gün saat 12.45-ə olan məlumata görə, sülhməramlıların 26 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib.

***

Saat 17.36-ya olan məlumata görə, sülhməramlıların daha 51 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 77-yə çatıb. 

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA