Ərdoğanın partiyasında çalxalanma: "Siyasətin ironiyasına baxın..." - Deputat etiraza qalxdı (FOTO)

img

10-04-2023 [00:07]


Ərdoğanın sədr olduğu AK Partiyanın siyahısı ilə HÜDA PAR və digər partiya mənsublarının parlament seçkilərinə qatılması hakim partiyada narazılıqla qarşılanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, narazıların arasında hazırda deputat olan, lakin mayın 14-dəki seçkdə namizəd göstərilməyən məşhur şəxslər də var.

Onlardan biri də 3 dəfə AKP-nin xətti ilə deputat seçilmiş jurnalist Mehmet Metinerdir.

O, AKP-nin namizəd siyahısının açıqlanması ərəfəsində  Tviter-dəki səhifəsində ard-arda etiraz paylaşımları edib.

Metiner, böyük ehtimalla AKP siyahısı ilə seçkiyə qatılan "yadları"nəzərdə tutaraq yazıb ki, "Siyasətin ironiyasına baxın. Dünənə qədər TV-lərdə Rəisə (Ərdoğanı nəzərdə tutur - Mia.az) AK Partiyaya hücum edənlər bu gün AK Partiya siyahılarında seçilə bilər sıralarda siyahılara salınıb. Siyasət belə bir şeydir".

Onu da qeyd edək ki, AK Partiyanın namizəd siyahısı YSK-ya (MSK) təqdim edilərkən, o, bir tvit də atıb. 

O, təmsil olunduğu partiyanın Adıyaman şəhəri üzrə namizəd siyahısını tənqid edib: "Sosial mediada yayılan Adıyaman üzrə siyahı doğrudursa, bu, siyasi intihar olardı. Ümid edirəm ki, doğru deyil. AK Partiya da, Adıyamana da ayıb olar. Demədi, deməyin".

Xatırladaq ki, AKP budəfəki serçkidə hazırda mövcud olan 285 deputatından 181-nə namizədlər siyahısında yer verməyib.

Lamiyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA