LAÇIN YOLUNDAKI AKSİYANIN 120-ci GÜNÜ: yol açıqdır, etirazlar davam edir (Yenilənib)

img

10-04-2023 [20:36]


Bu gün Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 120 gün ötür.

Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar hər zaman olduğu kimi, bu gün də eyni tələbi səsləndirir: ekoloji terrorun dayandırılması və ərazidə  monitorinq aparılmasına şərait yaradılması.

Xatırladaq ki, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.

Bu gün saat 10.00-a olan məlumata görə, sülhməramlıların 5 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. 

***

Bu gün saat 11.30 radələrində bir qrup erməni ailələri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid 6 maşında Xankəndidən aksiyanın keçirildiy ərazidən keçməklə, Ermənistana gediblər.

***

Saat 13.16-ya olan məlumata görə, sülhməramlıların daha 51 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da yolun aksiyanın keçirildiyi hissəsindən maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 56-ya yüksəlib.

***

Saat 20.36-ya olan məlumata görə, sülhməramlıların daha 9 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da yolun aksiyanın keçirildiyi hissəsindən maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 65-ə çatıb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA