Zahid Oruc: "İranın ölkəmizdə sosial bazası sarsılıb, hamı bilməlidir ki..." - VİDEO
09-04-2023 [16:41]
"İran parlamentinin ölkəmizin İsraildə səfirliyinin açılmasına qarşı bəyanatı son 3 ildə dini və hərbi rəhbərliyin hücumlarına bütün dövlət hakimiyyətinin qoşulması deməkdir. Beləliklə, İran və Azərbaycan münasibətləri 1991-93 cü illəri çıxsaq, ən aşağı vəziyyətə düşüb və gərginliyi çözmək üçün başqa struktur qalmayıb".
Mia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, İran Məclisi İslam Konfransı Təşkilatına müraciət edib ki, ölkəmizin İsraillə münasibətlərinə mane olsun: "Əlbəttə, absurd iddiadır, lakin əvəzində Azərbaycan İranın Ermənistanla münaisbətlərinin İKT-də müzakirəsi üçün əlverişli fürsət qazanıb. Sual olunur: hazırki gərginliyə səbəb nədir?
Birincisi, məğlub Azərbaycan İran üçün təhlükəsiz idi və tarixi şüurdan məhrum azərbaycanlı obrazı çox sərfəliydi. İndi milli məni və dövləti gücü artan qalib xalqın varlığı İranı məhvərindən çıxarır.
İkincisi, Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, lakin iki dövlətin təzyiqindən sonra imtina etdi. “Məni hansı aqibət gözləsə də sülh müqaviləsini imzalayacam” deyən Paşinyanı devirməyə qalxanlardan biri də İran idi. Naxçıvanla kommunikasiyaların açılması nəinki 42 km-lik yolu, bütövlükdə Ermənistanı Zəngəzur dəhlizinə çevirəcəyini nəzərə alaraq, İran Paşinyana ultimatum verdi. Bu gün Amerika səfirliyinin İrəvandakı 2000 nəfərlik personalı fonunda İranın Ermənsitanda güclü casus şəbəkəsi, dövlət idarələrində möhkəm dayağı və külli miqdarda maliyyəylə fəaliyyət göstərən vətəndaş fəalları var. Ona görə də Naxçıvana kommunikasiyaların açılması nəinki 42 km-lik yolu, bütövlükdə Ermənistanın özünü Zəngəzur dəhlizinə çevrəcəyini nəzərə alaraq, İran Paşinyana ultimatum verdi, hərbi və iqtisadi şantaj etdi. Sonra İrəvanla Şuşa bəyannaməsinə oxşar hərbi müttəfqilik sazişini irəli sürdü. Lakin Paşinyan Qərbyönlü kursa xələl gələcəyindən qorxaraq və Avropa Birliyindən gözlədiyi 2.6 milyard avronu itirməmək üçün Tehrandan məsafəli davranır. Yoxsa, bir millət iki dövlət formuluna cavab olaraq, İranla Ermənistan “iki millət, bir dövlət” olduqlarını irəli sürərlər. Dünən dəyərli Fazil Mustafa hospital palatasını səngərə çevirərək ona atəş açanlara, “cismimizi hədəf ala bilərsiniz, lakin ruhumuzu təslim edə bilməzsiniz” söylədi, ölkə rəhbərinə və dövlətin gücünə inamını ifadə etdi. Hər gün açıq səhnəyə çıxan düşmənlər Vətən müharibəsində qələbəmizin böyüklüyünü göstərirlər. Fransa, Avropa və İran Parlamenti necə də bir-birinə bənzəyirlər.
Üçüncüsü, İranın casusluq şəbəkələri təkcə iradəsi zəif olan dini-inanclı düşərgədə və mərasim zallarında deyil, başqa səviyyələrdə də dərin kök atıblar. Məsələn, mühüm iqtisadi-maliyyə sferasında İranın xüsusi xidmət orqanlarına bağlı olanlara şübhə yoxdur. Normal münasibətlər dövründə iranlı iş adamları ölkəmizin iqtisadi-maliyyə-bank sisteminin müxtəlif həlqələrinə nüfuz ediblər. Qonşu ölkədə hakimiyyətin nəzarətində olan dövriyyəsi milyon dolları keçən biznes şirkətlərinin ölkəmizdə kök salanları Ettelatın, İnqilabçı korpusun bir parçasıdır. İndi siz Bank Melli İrandan danışın, görün, nə qədər daşlar yerindən tərpənəcək.
Dördüncüsü, İran və Ermənistandan başqa Azərbaycanda siyasi terror həyata keçirən dövlətlər olmayıb. Ulu Öndərin və prezident İlham Əliyevin Qərb dövlətlərinin təzyiqinə baxmayaraq, antiİran koalisiyasına qoşulmamağımızın mükafatını belə qaytarırlar. Azərbaycan seçim ərəfəsindədir.
Beşincisi, İran ordusu Ermənistan sərhədlərini havadan və peykdən qoruyur. Biz dini bir, dili bir qardaşlarımızı düşmən səngərinə atan qüvvələrin niyyətlərini bilirik-onlar Rusiya-Ukrayna vahid xalqını düşmən edənlər kimi biz azərbaycanlıları da Araz çayından qarşı duran səngərlərə çəkilib atəş açmağa təhrik edirlər ki, əbədi düşmənə çevrilək. İran narahatdır ki, Azərbaycan Naxçıvanla birləşən kimi, Ermənistanla 28 kmlik sərhəd bağlanacaq və o, Qafqazdan təcrid olunacaq. Sən demə, İranın Qafqazla min illik sərhədi Azərbaycana verildiyi üçün Zəngəzur Ermənistandan ayrılıb. Sual olunur, məgər Rusiya imperiyasına məğlubiyyətin günahı biz azərbaycanlılardadır?
Nəhayət, “şiələrin kütləvi həbsi” təbliğatı radikal dini qrupların silahlı hücumlarına rəvac vermək, dini tolerantlıq mühitini və məzhəblərarası vəhdəti pozmağa xidmət edir. Guya din dövlətə qarşıdır, hakimiyyət din əleyhinə siyasət aparır, dövlət rəsmiləri dini etiqad baxımından əks qütbdədir".
Millət vəkili bildirib ki, təmsil etdiyi Mərkəzin keçirdiyi sorğu nəticələrinə əsasən, əhalinin 97%-nin dini etiqadının İslam, 19%-nin özünü məhz şiə məzhəbinə aid etməsi və 18%-nin həyatını dini dəyərlər üzərində qurmasına baxmayaraq, İran amilinin milli, yəni fars milliyyətçiliyi zəmində deyil, məhz dini rejim zəmində tirajlandığını görüb: "İranın ölkəmizdə sosial bazası sarsılıb, müxtəlif tellərlə mənəvi, dini və iqtisadi bağı olanlar son 3 ildə zəifləyiblər. Lakin o dayaqlar hələ var. Milli Təhlükəsizlik Nazirliyinin başı qəsdlərə və soyğunçuluğa qarışanda onlar içəridə şəbəkə qurublar. Azərbaycan məscidləri İranın ideoloji təlimləri və casusluq şəbəkələrini genişləndirməsi üçün hərbi qərərgaha çevrilib. Əlbəttə, dini, İslamı “İranla “eyniləşdirmək, milyonlarla inanclını onların sosial bazası kimi göstərmək yolverilməzdir. Görün, bu qədər xəyanətlərin qarşısında biz qalib gəlmişik. O casus şəbəkələri son 3 ildə yaranmayıb, tam əksinə dövlət təhlükəsizliyimiz Qələbədən sonra möhkəmlənib. Əgər təmizləməsək, daxili cəbhələr artacaq. Biət edənlərin sayı minlərlə deyil, lakin təcrid olunmasalar, təhlükə böyüyəcək. Çünki casusluğa cəlb olunanlar gec partlayan minalara bənzəyir. İşimiz təkcə azad torpaqları minasızlaşdırmaq deyil. Biz qalib dövlətdən, qalib vətəndaşa çevrilməliyik".
Zahid Oruc daha sonra deyib ki, Azərbaycanda "Yaşıl Bayraqlı dövlət" olmayacaq: "Bunu hamı bilməlidir. Dünyəvilik bizim mövcudluq formamızdır, müstəqillik qanımıza, canımıza, ruhumuza keçib. Əsrlərlə bu torpaqları ələ keçirən imperiyalar dağılıb, lakin dünya xəritəsində Azərbaycan adlı dövlət yaşayır və qalib gəlir. Ona görə də ölkəmizin İrana qarşı 3-cü ölkələrdən hərbi-siyasi yardım istəyəcəyini gözləməsinlər. Prezidentin siyasi xarakterini, dəmir iradəsini hər kəs bilir. “Biz hərbi meydanda tək döyüşdük” deyən ölkə rəhbərinin strateji kursu qoy hamıya bəlli olsun: Azərbaycanla savaşdıqca, İran Azərbacanlaşacaq!".
Tahir Şəlvəli
MİA.AZ
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub