Ərdoğan, yoxsa Kılıçdaroğlu? - Sorğu şirkəti "ikinci tur olacaq" deyir

img

10-04-2023 [10:02]


Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri təkcə sözügedən ölkənin vətəndaşlarını deyil, həm də Azərbaycan daxil, bölgə ölkələrini də yaxından maraqlandırır.

Mia.az xəbər verir ki, mayın 14-də Türkiyə prezidentliyi uğrunda 4 nəfər - Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə və Sinan Oğan yarışacaq.

Onların şansları, demək olar ki, hər gün müxtəlif sorğu təşkilatları tərəfindən keçirilən rəy sorğları vasitəsi ilə öyrənilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu günlərdə "Orthus" Araşdırma Təşkilatı da "Bu bazar seçki olsa, prezidentliyə namizıdlərdən kimə səs verərsiniz?" sualı ilə respondentlərə müraciət edib.

Məlumata görə, alınan nəticələr seçkinin qalibinin ikinci turda bəlli olacağını göstərib.

Bu barədə açıqlama yayan təşkilatın məlumatına əsasən, respondentlərin 46,4 faizi Ərdoğana, 44.9 faizi Kılıçdaroğluna, 4.5 faizi İncəyə, 0.8 faizi isə Oğana səs verəcəklərini deyiblər.

Maraqlı budur ki, rəyi soruşulanların 3.4 faizi hələ də qərarsız olduqlarını bildirib: "Bu nəticə göstərir ki, ilk turda prezidenti seçmək mümkün olmayacaq".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA