LAÇIN YOLUNDA AKSİYA: mülki ermənilər yolda rahat gediş-gəliş edirlər (Yenilənib)

img

08-04-2023 [19:35]


Bu gün Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 118 gün ötür.

Mia.az xəbər verir ki, bu gün azərbaycanlılar ənənəvi tələbləri səsləndirir: ekoloji terrorun dayandırılması və ərazidə  monitorinq aparılmasına şərait yaradılması.

Xatırladaq ki, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.

Bu gün saat 9.00 radələrində bir qrup erməni ailələri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid 10 maşında Xankəndidən aksiyanın keçirildiy ərazidən keçməklə Ermənistana gediblər.

Bu gün saat 16.00-a olan məlumata görə, sülhməramlıların 45 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. 

***

Saat 19.35-ə olan məlumata görə, sülhməramlıların daha 22 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 67-ya çatıb.

Lamiyə

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA