Əli Əsədov qazaxıstanlı nazirlə görüşüb

img

07-04-2023 [18:05]


Aprelin 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər.

Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA