RUSİYA və TÜRKİYƏ XİN BAŞÇILARI BİR ARADA: "BİZDƏN SONA NÖVBƏ ÇİNƏ ÇATACAQ" - "Cənubi Qafqazda daimi sabitlik və sülh üçün addımlar atılmalıdır"
07-04-2023 [13:32]
Rusiyanın xarici işlər naziri Lavrov bu gün Ankarada nazir Çavuşoğlu ilə ikitərəfli və beynəlxalq gündəmdəki müxtəlif məsələlər ətrafında müzakirə aparıblar.
Mia.az Haberturk TV-yə istinadla xəbər verir ki, ikili görüşdən sonra tərəflər mətbuata birgə açıqlamalar veriblər.
İlk çıxış edən Çavuşoğlu Ukraynadakı savaşa toxunub. O, Türkiyənin atəşkəs əld olunması və ümumiyyətlə, bu savaşı durudurmaq üçün çabaları davam etdirdiyini vurğulıayıb.
Mia.az hər iki ölkə nazirin çıxışılarını olduğu kimi təqdim edir:
"Brüsseldə biz Ukraynanın xarici işlər naziri Kuleba ilə görüşdük. Onları Türkiyəyə dəvət etdik. Biz bu gün Lavrovla taxıl dəhlizi sazişini də müzakirə etdik. Biz sazişin davam etdirilməsinə önəm veririk. Biz Böyük Britaniya və ABŞ xarici işlər nazirləri ilə NATO Xarici İşlər Nazirləri toplantısı çərçivəsində görüşdük. Taxıl müqaviləsinin davam etməsi üçün məsələlər həll edilməlidir. Lavrovla regional məsələləri də müzakirə etdik. Xüsusilə Suriya ilə apardığımız danışıqlar ətrafında dəyərləndirmələrimiz oldu. Bilirsiniz, Moskvada Rusiya, Türkiyə İran və Suriyanın iştirakı ilə dördtərəfli görüş keçirilib. Mən Sergey Lavrova və Rusiya Federasiyasına göstərdikləri səylərə görə təşəkkür etmək istərdim.
Moskvada hər bir ölkə öz mövqeyini, fikirlərini bildirdi. Hesab edirik ki, bu, şəffaf və açıq şəkildə davam etdirilməlidir.
Bundan əlavə, cənav Lavrovla Liviya məsələsini də müzakirə etdik. Hesab edirik ki, ölkə tez bir zamanda demokratik seçkilərə hazır olmalıdır. Xüsusilə çoxlu milis qrupları var. Liviyanın təhlükəsizlik qüvvələrinə ehtiyacı var. Ölkəni hər mənada birləşdirilməsi istiqamətində səylərimizi davam etdiririk.
Biz Cənubi Qafqazı da dəyərləndirdik. Azərbaycanla Ermənistan arasındakı prosesi, Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesini qiymətləndirdik. Cənubi Qafqazda daimi sabitlik və sülh üçün addımlar atılmalıdır.
Bugünkü görüşümüzdə Əfqanıstanı da müzakirə etdik. Xüsusilə, Talibanın qadın və qızlarla bağlı verdiyi qərarları qəbul edə bilmərik.
Eyni zamanda, ikitərəfli əlaqələrimizi müxtəlif ölçülərlə qiymətləndirmək imkanımız oldu. İqtisadi və ticari əlaqələrimizi yaxşılaşdırmaq üçün nə edə biləcəyimizi müzakirə etdik.
Digər tərəfdən, turizm həmişə əməkdaşlığımızın mühüm elementi olub. Təbii ki, qarşıdakı dövrdə daha çox turistin gələcəyini gözləyirik.
Məşğul gündəmimiz var, əlaqə saxlayırıq və bundan sonra da əlaqə saxlayacağıq".
Lavrov isə çıxışında deyib:
"Türkiyə tərəfinə və cənab Çavuşoğluna təşəkkür edirəm.
Əslində biz bu səfəri mart ayında edəcəkdik. Təəssüf ki, Türkiyə zəlzələ fəlakəti ilə üzləşdi. Rusiya yardım əlini uzadan ilk ölkələrdən biri oldu. Cənab Prezidentimizin tapşırığı ilə yardım qrupu, səhra xəstəxanası, təyyarələr və humanitar yardım göndərdik. Türkiyədə olduğu kimi, bizdə də “qara günün dostu” deyilən bir termin var. Türk dostlarımıza bacardığımız qədər kömək etməyə çalışacağıq. Bu münasibətlə türk xalqına bir daha başsağlığı veririk.
Bu gün biz əsas məsələləri nəzərdən keçirdik. İkitərəfli münasibətlərimizdəki temp iki ölkə liderləri arasındakı səmimiyyətdən irəli gəlir. Bu, əlbəttə ki, bizim tempimizi və işimizin dinamikasını da müəyyən edir.
May ayında Qara Dəniz Əməkdaşlıq Təşkilatı Parlament Baş Assambleyasının iclası keçiriləcək. Hökumətlər səviyyəsində müxtəlif təmaslar olacaq.
Münasibətlərimizdə hərəkətverici qüvvə olan layihələrdən danışdıq. Xüsusilə, Akkuyu Atom Elektrik Stansiyasını müzakirə etdik. Aprelin 27-də biz stansiyanın açılışına nüvə enerjisini göndərmiş olacağıq. Keçən il rəhbərlərimiz bu qaz mərkəzi ilə bağlı qərar verdilər və biz bu qərarın nə dərəcədə düzgün olduğunu başa düşdük.
Mədəniyyət sahəsində də əməkdaşlığımız davam edir.
Xüsusilə Suriya məsələsinə böyük əhəmiyyət verirdik. Rusiya vasitəsilə bu münasibətlər normallaşır. Mart ayında kəşfiyyat rəhbərləri görüşdülər. Moskvada nazir müavinləri səviyyəsində də görüş keçirilib. Mən, cənab Çavuşoğlunun qeyd etdiyi kimi, bu görüşü əhəmiyyətini üksək sayıram.
Liviya məsələsi də bütün dünyanı yaxından maraqlandıran bir məsələdir. Biz beynəlxalq birlik olaraq bu ölkədəki qrupları bir araya toplamaq istəyirik. Təəssüf ki, bu proses bizim istədiyimiz sürətlə getmir. Ancaq türk dostlarımızla məqsədimiz ortaqdır.
Fələstin məsələsi də müzakirə olunub. İsrail-Fələstin münasibətlərinin bərpası müzakirə edilib. Təəssüflə deyə bilərik ki, bu proses yarımçıq qalıb. Ciddi toqquşmalar baş verib və bu vəziyyət gərginliyin artmasına səbəb olur. Fələstin və İsrail arasında birbaşa dialoqa ehtiyac var.
Biz Qafqazla bağlı bütün tərəflərin əməkdaşlığının davam etdirilməsinin tərəfdarıyıq. Biz də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq.
Biz Ukrayna məsələsini də müzakirə etmişik. Bir daha diqqətinizi çəkdik. Onlar bu qeyri-konstruktiv siyasəti davam etdirirlər. Rusiyanı məğlub edəcəkləri zaman növbə Çinə çatacaq. Öz milli maraqlarını qoruyan istənilən ölkəni qorxutmağa çalışırlar. Bir məqamı bir daha vurğulamaq istərdim. Onlar, Vaşinqton tərəfi deyir ki, müharibəni dayandırmaq üçün danışıqlara ehtiyac yoxdur. Təbii ki, biz bunu vicdansız münasibət hesab edirik. Biz heç vaxt danışıqlardan çəkinməmişik. Ancaq bu görüşləri yalnız həssaslıqlarımız nəzərə alınarsa, qiymətləndirmək olar. Bizim qanuni maraqlarımıza məhəl qoymadılar, dedilər ki, Ukrayna ilə münasibətlərimiz sizə aid deyil. ABŞ hegomanlığında olan hər kəsə öz mövqeyini tətbiq etməyə çalışır və yeni dünya nizamı qurmağa çalışır.
Biz BMT-nin baş katibi Quterreslə taxıl sazişini müzakirə etdik. Amma Ukrayna taxıl daşınması ilə bağlı lazım olanı etmir. Bu taxılların "aslan payı" ciddi şəkildə Avropaya göndərilir. Güzəştli göndərmə də var, lakin yoxsul və ehtiyacı olan ölkələr bu taxılların yalnız 3 faizini ala bilirlər. Razılaşmada yalnız Rusiyaya aid hissəsi həyata keçirilə bilməz. BMT-nin baş katibi Quterres Qərb ölkələrinə mütəmadi çağırışlar edir, lakin nəticəsiz qalır. Rusiyann taxıl məhsullarının daşınmasında maneələr hələ də qalmaqdadır. Bu da razılaşmada əsas sərtdir. Bu vəziyyəti türkiyəli həmkarlarımızla hər aspektdə dəyərləndirməyə davam edəcəyik".
Zülfiyyə
Mia.az
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama