LAÇIN YOLUNDAKI AKSİYADAN 117 GÜN KEÇİR: ekofəalların tələbi dəyişməyib (Yenilənib)

img

07-04-2023 [19:00]


Bu gün 117 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya keçirilir.

Mia.az xəbər verir ki, bu gün azərbaycanlılar ekoloji terrorun dayandırılması ilə bərabər, ərazidə  monitorinq aparılmasına şərait yaradılması üçün plakatlar qaldırıblar.

Xatırladaq ki, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.

Bu gün saat 09.00 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid 8 avtomobildə erməni ailələri Xankəndidən Ermənistana yollanıblar.

***

Saat 11.00-ə olan məlumata görə, sülhməramlıların 8 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. 

***

Saat 14.35-ə olan məlumata görə, sülhməramlıların daha 58 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 66-ya çatıb.

***

Saat 19.00-a olan məlumata görə, sülhməramlıların daha 16 maşını Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlıların maşınlaırnın sayı 82-yə yüksəlib.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA