"Səhliyalı", "Əsl Dad", "Sevimli Dad", "Sacüstü", "Ovçular"... - Bu kolbasaları alarkən ehtiyatlı olun (Rəsmi xəbərdarlıq)
06-04-2023 [11:01]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb.
Mia.az xəbər verir ki, AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.
Bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.
6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.
Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.
Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
|
Multimonitorinq Planının icrası məqsədilə kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrdə aşkarlanan uyğunsuzluqlara dair |
|||||
|
№ |
Məhsulun istehsalçısı |
Məhsulun |
Məhsulun növü |
İstehsal tarixi |
Aşkarlanan uyğunsuzluq |
|
1 |
"Səhliyalı" Kiçik Müəssisəsi |
"Səhliyalı" |
yarım hisə verilmiş "Servelat" kolbasası |
10.02.2023 |
Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb |
|
2 |
Rəhimovların Ailə Təsərrüfatı |
"Kəndli" |
bişirilmiş hisə verilmiş kolbasa |
22.02.2023 |
Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb |
|
3 |
"Sevilən Ad" MMC |
"Dilim-Dilim" |
bişmiş "Lyubitelskaya" kolbasası |
21.02.2023 |
Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb |
|
4 |
"Əsl Dad" |
bişmiş "Toyuq" kolbasası |
10.02.2023 |
||
|
5 |
"Əsl Dad" |
bişmiş "Doktorskaya" kolbasası |
20.02.2023 |
||
|
6 |
"Mir 2016" MMC |
"Köhnə Dad" |
yarım hisə verilmiş "Servelat" kolbasası |
04.02.2023 |
Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb |
|
7 |
"M&T" Ltd firması |
"Sevimli Dad" |
əla növ südlü sosiska |
05.02.2023 |
Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb |
|
8 |
"Səhliyalı" Kiçik Müəssisəsi |
"Halal 5+" |
"Sacüstü" halal sosiska |
04.02.2023 |
Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb |
|
9 |
"Ovçular Ət və Ət Məhsulları" MMC |
"Ovçular" |
"Külləmə" halal sosiska |
17.02.2023 |
Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb |
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...