Azərbaycan Ordusu döyüş təlimlərini davam etdirir - VİDEO

img

06-04-2023 [10:04]


Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, heyətlər tərəfindən döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA