Tramp güclü mühafizə altında məhkəmədə ifadə verib -FOTOLAR (Yenilənib)

img

04-04-2023 [23:25]


Donald Tramp Nyu-York Məhkəməsində ifadə verib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, barəsində həbs qərarı verilməyən Tramp məhkəmə prosesi başa çatdıqdan sonra məhkəməni tərk edib.

Tramp şəxsi təyyarəsi ilə yenidən güclü təhlükəsizlik tədbirləri altında Floridadakı malikanəsinə getmək üçün LaGuardia hava limanına yola düşüb.

Məlumata görə, proses qarşıdak həftələrdə davam edəcək.

***

ABŞ tarixində ilk dəfə bir prezident hakim qarşısına çıxaırlıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, az əvvəl Donald Tramp porno ulduzu Stormi Danielslə cinsi əlaqədə olma və daha sonra susmaq üçün ona 130 min dollar rüşvət vermək ittihamı üzrə  məhkəməyə gəlib.

Məlumata görə, sabiq prezident bu dəqiqələrdə güclü mühafizə altında ifadə verir. 

Xatırladaq ki, Trampın xeyli tərəfdarı məhkəmə ətrafına toplanıb.

Məlumata görə, bu məhkəmə prosesi ilə bağlı 38 minlik Nyu York Polis Departamenti bir nəfər kimi səfərbər olunub.

Samir Musayev

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA