NATO "Yaxın aylarda İsveçi də 32-ci üzvümüz kimi görəcəyik" mesajı verdi, Moskvadan cavab gecikmədi: "Tədbir alacağıq"

img

04-04-2023 [17:36]


"Finlandiyanın NATO-ya üzvlüyü tarixi hadisədir". 

Mia.az xəbər verir ki, biu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bugünkü mərasimdə deyib.

O bildirib ki, Finlandiyanın razılığı olmadan heç bir NATO qüvvəsi Finlandiyaya yerləşdirilməyəcək: "Məqsədimiz kimsəni münaqişəyə təhrik etmək deyil, bunun qarşısını almaqdır. İnanıram ki, yaxın aylarda İsveçi də 32-ci üzvümüz kimi görəcəyik".

Rəsmi Moskva gözlənildiyi kimi, "qulağının dibində"ki ölkənin NATO-ya üzv olmasına sakit yanaşmayıb.

Mia.az Rusiya mətbuatına istnadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada bir qrup jurnalistə açıqlama verib.

O, Finlandiyanın NATO-ya üzvlüyü barədə suala cavabda deyib ki, NATO-nun genişlənməsinə Rusiyanın maraqları və təhlükəsizliyi baxımından mənfi baxırlar: "Bunun mövcud gərginliyi daha da artıracağına inanırıq. NATO bir çox cəhətdən Rusiyaya düşmən münasibət bəsləyən bir qurum olmağa davam edir".

Rusiyanın Finlandiyanın NATO üzvlüyü ilə bağlı müxtəlif addımlar atacağını vurğulayan Peskovun sözlərinə görə, taktik və strateji baxımdan gərəkli addmlar atılacaq: "Bu tədbirləri kiminsə arzusuna görə deyil, lazım bildiyimiz kimi alacağıq".

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA