ALİ MƏHKƏMƏYƏ SƏDR TƏYİNATI OLDU - İnam Kərimovun keçmiş köməkçisi KTN rəhbəri vəzifəsini icra edəcək (Sərəncamlar)

img

04-04-2023 [17:20]


İnam İmdad oğlu Kərimov Kənd Təsərrüaftı naziri vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev digər sərəncamı ilə, o, Ali Məhkəmənin sədri təyin edilib.

Xatırladaq ki, İnam İmdad oğlu Kərimov 1977-ci ilin 6 iyununda Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci ildə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

2013-cü ildə Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb. 2004-2012-ci illərdə Azərbaycan Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifələrində çalışıb.

2005-2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib.

2012-2018-ci illərdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, 2018-2023-cü illərdə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

İngilis, fransız, fars və rus dillərini bilir.

Evlidir, iki övladı var.

***

Prezidentin digər sərıncamı ilə kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Mia.az xəbər verir ki, İ.Kərimov hələ "Aasan-Xidmət"də rəhbər olarkən Sarvan Cəfərov onun köməkçisi olub, daha sonra KTN-də kömıkçsi işləyib. Və buradan nazir müavini vəzifəsinə yüksəlib.

Samir Musayev

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA