Departament Ərdoğanın "yerini biləcəksən" dediyi səfiri müdafiə etdi - Açıqlama

img

04-04-2023 [11:36]


Prezident Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu ziyarət edən ABŞ-ın Ankara səfiri Ceferi Fleyki "topa tutması"na qarşı tərəfdən cavab gecikməyib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti qısa açıqlama yayıb. 

Departmanetin açıqlamasına görə, ABŞ-ın xaricdəki səfirləri diplomatik missiyaları çərçivəsində işlədikləri ölkədəki vəziyyəti təhlil etmək üçün daim hökumət üzvləri, mətbuat, müxtəlif siyasi partiyalar, vətəndaş cəmiyyəti və həmin ölkələrdəki digər diplomatik nümayəndələrlə görüşürlər: "Türkiyədə müxalifət lideri ilə görüş də bu çərçivədə olub".

Xatırladaq ki, iki gün əvvəl prezident Ərdoğan ABŞ səfirinin seçkidəki əsas rəqibi Kamal Kılıçdaroğlu ilə görüşünə kəskin etiraz edib. 

Ərdoğan deyib ki, bu seçkidə ABŞ-a dərs vermək mütləqdir: "Biz bu seçkilərdə Amerikaya dərs verməliyik. Co Bayden oradan danışır, Baydenin buradakı səfiri nə edir? Gedib bay-bay Kamala baş çəkir. Ayıbdır, bir az başını işlət. Həddini bil. Sən səfirsən. Sənin buradakı həmsöhbəti prezident olmalıdır.  Bundan sonra hansı üzlə prezidentdən görüş saat istəyəcəksən? Qapımız sənin üzünə bağlandı. Niyə? Yerinizi biləcəksiniz. Səfir kimi vəzifənizi biləcəksiniz. Səfirin necə işlədiyini öyrənəcəksiniz. Bunu öyrənmıdiyin təqdirdə, bu qapı elə yol keçdiyin karvansara deyil, girə bilməzsən. Onun üçün də, inşallah 14 maya çox yaxşı hazırlaşırsınız, yaxşı hərəkət edin...".

Samir

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA