Daha 5 səhmdar cəmiyyət, 19 kiçik dövlət müəssisə və obyekti hərraca çıxarılır

img

04-04-2023 [10:41]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mayın 2-də keçirəcəyi hərraca 60 dövlət əmlakı çıxarılacaq.

Mia.az xəbər verir ki, hərraca 5 səhmdar cəmiyyətin səhm paketləri, 19 kiçik dövlət müəssisə və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılır.

Səhmdar cəmiyyətləri sırasında nəqliyyat, inşaat, təmir sahələrinə aid müəssisələr var. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 %-ni təşkil edir.

Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında həmçinin, yardımçı təsərrüfat, əmlak kompleksi, iaşə obyekti, mağaza, yeraltı dayanacaq da var.

Dövlət Xidmətindən bildirilib ki, Oğuz şəhərində yerləşən “Şahdağ” yeməkxanası turizm baxımından əlverişli mövqedə yerləşir. İlkin start qiyməti 56,6 min manat olan əmlakın ümumi faydalı sahəsi 113 kvadratmetr, torpaq sahəsi isə 40 sotdur.

Hərraca müxtəlif növ nəqliyyat vasitələri də çıxarılıb. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 3,5 min manatla 11,5 min manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA