Ərdoğanın ittifaqı öndə, özü isə geridədir - Daha bir sorğunun nəticəsi açıqlandı

img

04-04-2023 [09:03]


Türkiyə seçkilərə doğru irəlilədikcə, araşdırma şirkətlərinin keçirdikləri sorğulara diqqət çoxalır.

Mia.az xəbər verir ki, son belə sorğulardan birini də "MetroPOLL" Araşdırma Təşkilatı keçirib.

Təşkilat mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri ilə bağlı son sorğunun nəticələrini paylaşıb. 

"Parlament seçkilərində hansı ittifaqa səs verəcəksiniz" sualına rəyi soruşulanların 42.1 faizi Ərdoğanın lider olduğu Cumhur ittifaqına səs verəcəklərini deyib.

Kamal Kılıçdaroğlunun lideri olduğu Millət İttifaqının səs ortalaması isə 37,6 faiz olub. Beləliklə, iki ittifaqın parlament seçkilərindəki səs fərqi 4,5 civarında müəyyən edilib.

Prezident seçkiləri ilə bağlı rəy sorğusu isə fərqli nəticələr ortaya çıxarıb.

"MetroPOLL"un araşdırmasına görə, rəyi soruşulanlaran 44.6 faizi Kılıçdaroğluna, 42 faizi isə Ərdoğana səs verəcəyini deyib. 

Xatırladaq ki, Türkiyədə prezidentliyə 4 namizəd var: Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə və Sinan Oğan.

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA