Məşhur iş adamı hakimiyyətə qarşı çıxdı - Bəyanat

img

11-05-2014 [21:57]


Ukrayna biznesmeni Rinat Axmedovun "Metinvest” qrupu rəsmi bəyanat yayaraq Donbassda xüsusi əməliyyatların dayandırılması və bölgədə silah tətbiqindən imtina olunmasına çağırıb. 


ANS PRESS-in məlumatına görə, "Metinvest”ə daxil olan böyük zavod və mədən rəhbərlərinin imzaladığı bəyanatda deyilir ki, Ukrayna hərbçiləri və digər silahlı qruplaşmalar dərhal bütün şəhərləri tərk etməlidirlər. Onların fikrincə, hələ də dinc danışıqlar imkanı mövcuddur, qeyd olunur ki, Donbass ərazisində hərbi əməliyyatların davam etdirilməsi əhalinin hakimiyyətə etimadını sarsıdacaq.

"Metinvest” təklif edir ki, Mariupolda və Donbassın digər şəhərlərində yol verilən "ağır səhvlər” etiraf olunmalı, qoşunlar çıxarılmalı və sosial gərginliyin zəiflədilməsi üçün vətəndaşlarla dialoq aparılmalı, təcili siyasi kompromisslər əldə olunmalıdır.

Ukraynanın ən varlı adamlarından olan Rinat Axmetov sabiq prezident V.Yanukoviçin əsas tərəfdarlarından biri sayılırdı. Regionda vəziyyət gərginləşəndən sonra onun hadisələrə təsir imkanları haqda ziddiyətli fikirlər var idi. 

Rusiyameylli yaraqlıların məhz onun tərəfindən maliyyələşdirilməsi ittihamları ilə yanaşı, Donbassda inzibati binaları zəbt edən separatçıların onunla düşmənçiliyi haqda şərhlər də özünə yer tapır.

Qeyd edək ki, "Metinvestə" Donetsk və Marioupoldakı iri sənaye müəssiləri daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA