Ərdoğan Kılıçdaroğlu ilə görüşən ABŞ səfirini "topa tutdu": "Qapım sənə bağlandı, həddini bil" - "ABŞ-a dərs vermək mütləqdir"

img

03-04-2023 [14:48]


Prezident Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu ziyarət edən ABŞ-ın Ankara səfiri Ceferi Fleyki "topa tutub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident bu barədə İstanbulda "Bağcılar Ülkü Ocaqları"nın üzvləri ilə görüşdə söz açıb.

Ərdoğan deyib ki, bu seçkidə ABŞ-a dərs vermək mütləqdir: "Biz bu seçkilərdə Amerikaya dərs verməliyik. Co Bayden oradan danışır, Baydenin buradakı səfiri nə edir? Gedib bay-bay Kamala baş çəkir. Ayıbdır, bir az başını işlət. Həddini bil. Sən səfirsən. Sənin buradakı həmsöhbəti prezident olmalıdır.  Bundan sonra hansı üzlə prezidentdən görüş saat istəyəcəksən?"

Ərdoğan daha sonra səfirə açıq xəbərdarlıq edib: "Qapımız onun üzünə bağlandı, bir daha görməyəcək. Niyə? Yerinizi biləcəksiniz. Səfir kimi vəzifənizi biləcəksiniz. Səfirin necə işlədiyini öyrənəcəksiniz. Bu qapı elə yol keçdiyin karvansara deyil, girə bilməzsən. Onun üçün də, inşallah 14 maya çox yaxşı hazırlaşırsınız, çox güclü fəaliyyət göstərin...".

Samir

MİA.AZ 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA