İNAM KƏRİMOV ALİ MƏHKƏMƏNİN HAKİMİ TƏYİN OLUNDU - Deputatlar nazirlə bağlı təqdimata "hə" dedi (Yenilənib)

img

04-04-2023 [12:52]


Bu gün Milli Məclisdə nazir İnam Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.

Mia.az xəbər verir ki, İnam Kərimovun özünün də iştirak etdiyi iclasda məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.

Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

***

Kənd təsərrüfatı naziri İnam Kərimov vəzifəsindən azad ediləcək.

Mia.az xəbər verir ki, bu gün onun Ali Məhkəmənin hakimi təyin olunması məsələsi  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılaraq parlamentə tövsiyyə olunub.

Xatırladaq ki, yayılan iddialara görə, İnam Kərimov Ali Məhkəmənin sədri təyin ediləcək.

Qeyd edək ki, Ali Məhkəmənin 70 yaşlı sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitdiyindən pensiyaya göndərilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA