Ərdoğan: "Utan, utan! Mənim həyatımda bu cür əxlaqszlıqlar olmayıb, sənin keçmişində isə..."

img

03-04-2023 [00:18]


İYİ Partiya sədri Meral Akşenerlə prezident Rəcəb Tayyib Ərdoğan arasında polemika pik həddə çatıb.

Mia.az xəbər verir ki, İYİ Partiyanın İstanbul təşkilatının binasına atəş açılmasından sonra qərargah önündə "Sənə prezident deməyim lazımdır, amma prezident belə danışmaz. Rəcəb bəyin təhdidindən sonra partiyamız birinci və 3-cü mərtəbədən güllələnib" -  deyən Meral Akşenerə prezident Ərdoğan çox sərt cavab verib.

Ötən gün İstanbulun Bağcılar səmtində Demokratiya və Milli İradə Meydanında iftar açılışında çıxış edən prezident Ərdoğan Akşeneri "topa tutub":

"Xanım əfəndi çıxıb bizim tikdirdiyimiz xəstəxanalarla lağ edir. Xanım əfəndi gəl, Başakşehir Çam Sakura bax, şəhər xəstəxanalarımıza bax, bu xəstəxanalarımız olmasaydı, bu COVİD-lə nə edərdik? COVİD xəstəxanalaırnı 3 aya bitirdik. Məni çox əsəbi görmüş, o üzdən mənə çobanyastığı çayı tövsiyə edir, biz də ona şüyüd çayı məsləhət gördük.

O da yetmədi, utanmadan, qızarmadan İstanbul təşkilatının binasının güllələnməsi yalanını söyədi. Utan, utan! Tayyip Ərdoğanın həyatında bu cür əxlaqszlıqlar olmamışdır. Sənin keçmişində olmuş ola bilər. Daxili işlər Nazirliyi bu olayın suçlularını tapdı, ortaya çıxardı. İndi üzr istəyirsənmi? İstəməsən, çünki bu, xarkaterli davrananlara xasdər. 14 mayda xüsusən xanımlarımızdan bu xanım əfəndiyə gərəkli dərs vermələrini istəyirəm".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA