LAÇIN YOLUNDAKI AKSİYADAN 112 GÜN KEÇİR: BQXK-ya aid daha 9  maşında erməni ailələri Ermənistana kedib (Yenilənib)

img

02-04-2023 [18:02]


Bu gün 112 gündür Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya keçrilir.

Mia.az xəbər verir ki, azərbaycanlı gənclər ekoloji terrorun dayandırılması və ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın yolu humanitar təyinatlar üçün tamamilə açıqdır.

Bu gün saat 10.00-a olan məlumata görə, sülhməramlıların 2 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

***

Saat 11.20 radələrində isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid işlərində erəni ailələri olan 9 maşın Xankəndidən Ermənistana maneəsiz gedib.

***

Saat 12.00-a olan məlumata əsasən, sülhməramlıların daha 25 maşını yoldan maneəsiz keçib.

Bununla da yolda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 27-yə çatıb.

***

Bu gün saat 15.00 radələrində aksiyanın keçirildiyi yoldan BQKX-yə məxsus 14 maşın keçid edərək, Xankəndiyə doğru yollanıb.

***

Saat 18.00-a olan məlumata əsasən, sülhməramlıların daha 25 maşını yoldan maneəsiz keçib.

Bununla da yolda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 52-yə çatıb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA