Nazir və 3 deputat mandatı sövdələşməsi... - Məhərrəm İncə Kılıçdaroğlu ilə gizli anlaşma xəbərini rədd etdi

img

30-03-2023 [23:34]


Türkiyədə prezidentliyə namizəd Məhərrəm İncə "CHP ilə razılaşaraq bu gecə Kamal Kılçdaroğlunun xeyrinə geri çəkiləcək" kimi xəbərlərə reaksiya verib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Ərdoğan Aktaş Tviterdə paylaşım edib.

O bildirib ki, namizədlə danışıb və o, bu xəbəri yalanlayıb: “Məhərrəm İncə ilə danışdım, dedi ki, bu axşam CHP ilə anlaşdığını açıqlayacağı ilə bağlı deyilənlər yalandır”.

Xatırladaq ki, yayılan məlumata görə, İncə Kamal Kılıçdaroğlunun xeyrinə geri çəkiləcək. Bunun qarşılığında o, Kılıçdaroğlu prezident seçilərsə, təhsil naziri təyin olunacaq, eyni zamanda, CHP onun partiyasının 3 üzvünün deputat seçilməsi üçün qüvvəsini səfərbər edəcək.

Samir Musayev

Mia.az  

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA