Tokio - Tel-Əviv təyyarəsi Bakıya təcili eniş edib

img

30-03-2023 [23:26]


EL AL aviaşirkətinin Tokio - Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA