MN iranlı komandana sərt cavab verdi: "Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyil"
30-03-2023 [20:00]
"Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilib: "K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O, eyni zamanda, İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.
İlk öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.
K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır.
Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır: "44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur".
MİA.AZ
Bakıda külək binanın fasadını sökdü - VİDEO
Qazsız bayram, süni intellekt əsaslı çökən sistem və ötürülən məsuliyyət... - Osman GÜNDÜZ YAZIR
"Ciddi işlər aparılır" - “Azəriqaz”dan bəzi qaz sayğaclarına pul yüklənmısində yaranan problemə reaksiyalar (YENİLƏNİB)
ADNAN ƏLİZADƏNİN NƏ QƏDƏR SƏRVƏTİ VAR? - Şok rəqəm açıqlandı
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə təsdiqləyici cavab verdi, şirkət isə...(VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman