Partiya deputat Fazil Mustafaya qarşı terror aktı ilə bağlı bəyanat yaydı
30-03-2023 [15:45]
Böyük Quruluş Prtiyası (BQP) partiya başqanı, millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı ilə bağlı bəyanat yayıb.
BQP-dən Mia.az-a verilən bəyanatda deyilir:
“Böyük Quruluş Partiyasının üzvləri mart ayının 29-da BQP başqanı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən acımasız, alçaq, vəhşi terror aktı ilə bağlı xəbəri böyük sarsıntı və dərin hiddət hissi ilə qarşılayıb. Bu qanlı cinayəti törədən şəxsin və ya şəxslərin, arxasında duran mərkəz və ya qrupların, sifarişçilərin və icraçıların hüquq-mühafizə orqanları tərəfindən ən qısa zamanda aşkara çıxarılaraq ədalət məhkəməsinə təhvil veriləcəyinə və layiq olduqları ən ağır cəzaya məhkum ediləcəyinə ümid edirik.
BQP hesab edir ki, bu sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur. Terror hadisəsində məhz Fazil bəyin - Azərbaycanın istiqlalı uğrunda mübarizənin təməlindən ona öncüllük edənlərdən birinin, istedadlı alimin, fəal ictimi-siyasi xadimin, cəmiyyətin problemlərinə, onun eybəcərliklərinə dözümsüz yanaşan istedadlı yazarın, görkəmli siyasətçinin, parlamentin ən fəal deputatının, Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə sədaqəti ilə seçilən Vətəndaşın hədəf seçilməsi təsadüfi deyil. Fazil bəyə qarşı törədilən terror hadisəsi, əslində milli müstəqilliyimizə, azad fikirliliyə, çağdaşlığa, daxili birliyimizə yönəlmiş ağır cinayət hadisəsidir. Sivil müzakirələrdən qorxan nadanların mədəniyyətə, ağıla, biliyə, tərəqqiyə, elmə, təhsilə qarşı yönələn vandallıq aktıdır. Terror hadisəsəni törədənlərin başlıca məqsədi Azərbaycanın cəhalət girdabında qalmasını istəyənlərə, təhrif olunmuş dini inanc əsarətinə salanlara, məzhəbçi dini ekpansiyaçılara ölkəni təslim edənlərə, milli iradəni yox sayanlara qarşı çıxan mübarizlərin, ölkə maraqlarını bütün digər maraqların fövqündə tutan aydınların qarşısını kəsmək və bu yolla da cəmiyyətdə qorxu, panika və xof hissi yaratmaqdan ibarətdir.
Böyük Quruluş Partiyası fürsətdən istifadə edərək ölkənin dörd bir yanından zəng edərək Fazil bəyə qarşı dörədilən bu alçaq hücuma görə hiddətlərini ifadə edən, onun tezliklə sağlığına qovuşması üçün öz şəfa diləklərini və dualarını əsirgəməyən və haqqın yanında olduqlarını bəyan edən xalqımızın hər bir duyarlı nümayəndəsinə öz təşəkkürünü çatdırır. Bütün bunlar, həm də gerçəkləşən terror hadisəsinin ictimai rəydə nə qədər böyük hiddət yaratdığını, kütləvi etirazlara səbəb olduğunu və bununla da onu törədənlərin öz hədəflərinə çatmadığını göstəricisidir.
BQP ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaları, ictimai-siyasi qurumları, qeyri-hökumət təşkilatlarını, dünya azərbaycanlılarını, qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla İslam ölkələrini və fikir, söz azadlığına dəyər verən bütün sivil dünyanı terroru mübarizə üsulu kimi mənimsəyən, ona himayədarlıq edib, dəstək verən, bu alçaq mübarizə üsulunu öz çirkin niyyətləri üçün vasitə seçən cinayətkar siyasi rejimlərə və ekstremist qruplara qarşı birmənalı mövqedən çıxış etməyə çağırır.
İndi Azərbaycan öz tarixinin ən məsuliyyətli, şərəfli, eyni zamanda mürəkkəb və həlledici dövrünü yaşayır. Bu dövr yalnız müstəqilliik əldə etdiyimiz ilk illərlə müqayisə edilə bilər. Hansı ki, həmin illərdə də Azərbaycan müxtəlif dövlətlərin və güclərin iqtisadi, siyasi və hərbi maraqlarının toqquşduğu geopolitik məkana çevrilməklə çoxsaylı terror hücumlarına və sui-qəsdlərə məruz qalmışdı. BQP olaraq ümid edirik ki, xalqımızın müdrikliyi, yaxın tarixi keçmişimizdən əldə etdiyi acı təcrübə imkan verəcək ki, terror rejimlərinin və cinayətkar qrupların qarşısına qoyduqları hədəflərə çatmasına heç vaxt keçid verilməyəcək, ictimai sabitlik və asayiş hər zaman qorunub saxlanılacaq və müstəqlliyimiz möhkəmləndirilərək, əbədi olaraq yaşadılacaq. Qaranlıq və cəhalət güclərinin alçaq hücumuna məruz qalan Fazil bəyin dünən xəstəxanadan verdiyi açıqlamada ifadə etdiyi kimi, bütün bu cəhdlər və törədilən cinayət əməlləri onu doğru bildiyi yoldan döndərə nilməyəcək:
“Həmişə olduğu kimi bundan sonra da dövlətçilik ideyalarına sadiq qalacaq və heç nə onu bu yoldan çəkindirə bilməyəcək. Heç bir terror aktı, sui-qəsd Azərbaycan xalqını və dövlətini öz hədəflərindən yayındıra bilməyəcək”.
Qəzan mübarək olsun, Alovlu Vətənpərvər!
Tezliklə sağlamlığına qovuşub, ailəni, əzizlərini, dostları sevincə, düşmənləri qüssə və kədərə qərq etməni və qaldığın yerdən şərəfli missiyana davam etməni arzulayırıq.
Allah şəfanı versin, böyük Vətəndaş!
Amansız terrordan qoruyan Allah, İnşallah, hər zaman dayağın olacaq”.
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub