Azərbaycan aviasiyası havada: yeni təlimlər başlayıb - VİDEO

img

30-03-2023 [11:50]


Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA