Ramazan bayramında ardıcıl 4 gün iş olmayacaq

img

30-03-2023 [10:15]


Ramazan bayramında ardıcıl 4 gün iş olmayacaq.

Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, aprelin 21-i Ramazan bayramıdır.

2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.

Beləliklə, Ramazan bayramında ardıcıl olaraq 21, 22, 23, 24 aprel qeyri-iş günləridir. Ümumilikdə həftəsonları da daxil olmaqla, gələn ay 12 gün iş olmayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA