LAÇIN YOLUNDAKI AKSİYANIN 109-cu GÜNÜ: etirazlar davam edir (Yenilənib)

img

30-03-2023 [18:20]


Bu gün Qarabağ iqtisadi rayonunda sülhməramlıların nəzarəti altında olan ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 109 gün keçir.

Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar ekoloji terrorun dayandırılması ilə bərabər, ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tamamilə açıqdır. 

Bu gün saat 11.54-ə olan məlumata görə, sülhməramlılara aid 10 maşının yoldan maneəsiz keçməsinə dəfə şərait yaradılıb. 

***

Saat 13.08-ə olan məlumata görə, sülhməramlıların daha 31 maşını yoldan maneəsiz keşçib. Bununla da Laçın yolunda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 41-ə yüksəlib.

***

Saat 17.35-ə olan məlumata görə, sülhməramlıların daha 4 maşını yoldan maneəsiz keçib. Bununla da Laçın yolunda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 45-ə çatıb.

***

Saat 18.20-yə olan məlumata görə, sülhməramlıların daha 43 maşını yoldan maneəsiz keşçib. Bununla da Laçın yolunda bu gün maneəsiz hərəkət edən sülhməramlıların avtomobillərinin sayı 88-ə çatıb.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA