Avropa Parlamentinin deputatı saxlanıldı: "Bunu etmək istədiyinizə əminsinizmi?"

img

30-03-2023 [00:47]


İspaniyanın Kataloniya bölgəsinin müstəqilliyinə açıq can atan və buna görə barəsində cinayət işi açılan barselonalı deputat bu gün 5 ildən sonra ayaq basdığı ölkəsində saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, haqqında açılan cinayət işinə görə ölkədən qaçaraq son 5 ili xaricdə yaşayan Avropa Parlamentinin (AP) deputatı, katalon əsilli siyasətçi Klara Ponsati İspaniya hüquq - mühafizə orqanları tərəfindən hava limanında saxlanılaraq polisə təhvil verilib.

O, saxlanılarkən AP-nin parlament kartını göstərərək "Bunu etmək istədiyinizə əminsinizmi?", - deyə polisə sual edib.

Polislər isə haqqında cinayət işi olduğunu, 5 ildir qanundan qaçdığını deputata xatırladaraq qanunsuz hərəkət etmədiklərini deyiblər.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA