Ərdoğan: "Türkiyə demokratiya və inkişaf yoluna davam edəcək"

img

29-03-2023 [15:10]


"Türkiyə 20 ildir davam etdirdiyi demokratiya və inkişaf yoluna davam edəcək".

Mia.az xəbər verir ki, bu sözləri partiyasınn qrup topantısında çıxış edən Türkiyə prezidenti Ərdoğan deyib.

Onun sözlərinə görə, "Türk Yüzyılı"nın inşasına heç kim mane ola bilməyəcək: "Millətimizin ağrı-acısına hörmət olaraq seçki dövrünü müsuqili və təntənəli ilə keçirməyi planlaşdırmırıq. Fevralın 6-dan bəri ortaya qoyduğumuz ləyaqətli mövqe bunun ən gözəl nümunəsidir. Biz bundan çəkinməyəcəyik. Doğru danışıb, haqq hayqıracağıqr. İnancımızın, mədəniyyətimizin tələbi olan nəcibliyi qoruyub saxlayacaq, soyuqqanlılığımızı qoruyacağıq. Bizi öz çuxurlarına çəkməsinə imkan verməyəcəyik. Dik duracağıq, ayağa qalxacağıq. Ətrafımızdakılar nə qədər alçalarsa da, biz həqiqətin dili ilə danışacağıq”.

Lamiyyə 

MİAA.Z


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA