Vüqar Rəhimzadə: "Siyasətdə dialoq mühiti demokratik dəyərlərin göstəricisidir"
28-03-2023 [21:25]
"Siyasi sistemin təkmilləşdirilməsi, sağlam dialoq mühitinin siyasi dəyər kimi təşviq edilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyevin bu istiqamətdə təşəbbüsləri və atdığı addımlar ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Hər bir demokratik cəmiyyətdə müxalifətin olması vacib amildir. Təbii ki, burada söhbət sağlam düşüncəli, hadisələrə real yanaşan, konstruktiv müxalifətdən gedir. Əfsuslar olsun ki, müxalifətçiliyi bu gün də dövlətə, dövlətçiliyə qarşı dayanmaq kimi dəyərləndirən siyasi ünsürlər də mövcuddur. Belələri şəxsi ambisiyaları naminə xarici anti-Azərbaycan dairələrin əlində oyuncaq rolunu oynamaqda davam edirlər. Konstruktiv müxalifətə gəldikdə isə, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görür, onları dilə gətirir, onları diqqətə çatdırır və bu, çox müsbət haldır. Ölkə Prezidenti bu fikirlərinin ardınca belə bir çağırışı da səsləndirir ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır. Bu da müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə – Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Göründüyü kimi, siyasi dialoq mühitinin formalaşdırılması, partiyalar arasında qarşılıqlı anlaşma mühitinin yaradılması hər zaman günümüzün əsas məsələlərindən olub".
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti 2021-ci ildə Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında dövlət başçısı İlham Əliyevin səsləndirdiyi bu çağırışlara da yönəldib: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” Sözügedən qurultayda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı sağlam dialoq mühitinin, həmçinin siyasi partiyaların problemlərə vahid mövqedən yanaşmaq, Azərbaycanın daha uğurlu gələcəyi naminə birgə addımlamaq istəyini ortaya qoydu. Bu məqamı xüsusi qeyd etməliyik ki, 50-dən artıq siyasi partiya bu istəyini hələ 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəklərini birgə bəyanatın imzalanması ilə ifadə etmişdilər.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, son iki il Azərbaycanda dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi kimi dəyərləndirilir. “Siyasi dialoq” məfhumunun aktuallaşdırılması, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi, siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi, qərəzli mövqelərdən çıxış edən tərəflərin səhvləri etiraf etmələri və siyasi fəaliyyətlərini yeni təmiz səhifədən başlamaq istəkləri, ümumilikdə siyasi sistemin sağlamlaşdırılması dövrü kimi təhlil edilən bu mərhələdə görülən işlər, atılan addımlar qənaətbəxşdir. Son iki il, eyni zamanda, siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək mərhələsi kimi də xarakterizə edilə bilər. Şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutaraq xarici dairələrin diktəsi əsasında oturub-duran siyasi ünsürlərdən ölkəmizin xeyrinə hansısa addımı gözləmək sadəlövhlük olardı. Onların məqsədi ölkəmizin nailiyyətlərinə, hakimiyyətin uğurlu siyasətinə kölgə salmaq, Azərbaycanın imicinə zərbə vurmaqdır. Tarixi Zəfərimizin bu ünsürlər tərəfindən necə qısqanclıqla qarşılandığı bu gün də səsləndirdikləri fikirlərdən, iqtidarın dialoqla bağlı açıq mesajlarını özlərinə sərf edən şəkildə təhlil etmələrindən aydın görünür. Şanlı Qələbəmizdən sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiyalarla silsilə xarakter daşıyan görüşlərinə hansı partiyaların qatılmadıqları da diqqətdən kənarda qalmır. Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçıran qüvvələr bu kimi destruktiv addımları ilə öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar.
Vüqar Rəhimzadə diqqəti açıq və demokratik rəqabətə çağırış kimi dəyərləndirilən “Siyasi partiyalar haqqında” yeni Qanunun perspektivlərinə, siyasi dialoq mühitinin möhkəmləndirilməsində onun roluna yönəldərək bildirib ki, bu sənəd siyasi proseslərdə iştirak edən tərəflərin güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduqlarını sübut edirlər. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri hakimiyyətin siyasətdə bilavasitə demokratiya prinsiplərinə sadiqliyinin təzahürüdür. Şübhəsiz, atılan hər bir addım siyasi partiyalar arasında sağlam rəqabət mühitinin güclənməsinə xidmət edir.
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub