Energetika naziri Almaniyanın 20-dən çox şirkəti ilə enerji tərəfdaşlığını müzakirə edib
28-03-2023 [14:45]
“Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniyanın 20-dən çox enerji şirkəti və biznes dairələrinin iştirakı ilə “Azərbaycan neft-qaz hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Mia.az xəbər verir ki, Almaniyanın Külək Enerjisi Assosiasiyası, Şərqi Biznes Assosiasiyası, İqtisadi İnkişaf və Xarici Ticarət üzrə Federal Assosiasiya, “Siemens Energy, “Uniper”, “Notus Energy”, Enerji Agentliyi-DENA, Almaniya-Azərbaycan Ticarət Palatası, “EDEG ED-Energy”, “DEIG Energietechnik,” “ALPHA GmbH”, “Windcomp GmbH”, “SAP SE ” və digər biznes dairələrinin təmsil olunduğu dəyirmi masada Azərbaycanın enerji tədarükü mənbələrini şaxələndirən siyasəti və enerji keçidi planları çərçivəsində yeni əməkdaşlıq təklifləri müzakirə olunub.
Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri və aparıcı şirkətlərlə keçirilmiş görüşün enerji də daxil bir çox sahələrdə əməkdaşlığın inkişafına yeni impuls verdiyi qeyd edilib. Görüşdə Azərbaycanın ənənəvi enerji mənbələrinin, xüsusilə təbii qazının tərəfdaş ölkələrin təhlükəsiz enerji təminatındakı strateji rolundan, Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəticəsində Azərbaycanın qaz təchizatı coğrafiyasının daha da şaxələnəcəyindən bəhs edilib.
Hazırda 200 QVt-a yaxın bərpa olunan enerji potensialı əsasında “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı beynəlxalq enerji şirkətləri ilə həyata keçirilən layihələr, xalis sıfır emissiyaya malik “yaşıl enerji” zonası konsepsiyasında qurulan Qarabağ və Şərqi Zəngəzurda, həmçinin “yaşıl enerji” mərkəzinə çevrilməsi planlaşdırılan Naxçıvanda əməkdaşlıq imkanları diqqətə çatdırılıb. “Masdar”, “ACWA Power” və bp ilə 710 MVt gücündə bərpa olunan enerji layihələrinin icra olunması, “ACWA Power”, “Masdar” və “Fortescue” şirkətləri ilə bərpa olunan enerji və “yaşıl hidrogen”lə bağlı 25 QVt-a yaxın istehsal gücləri ilə bağlı əməkdaşlıq sənədlərinin imzalanması Azərbaycanda bu sahənin investorlar üçün cəlbediciliyinin göstəriciləri kimi qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov deyib ki, dünyanın ikinci ən böyük külək enerjisi potensialına malik Xəzər dənizindən “yaşıl enerji”nin Azərbaycandan başlayan, Gürcüstan və Qara dənizdən keçərək Rumıniya və Macarıstana ötürülməsini əhatə edən və geniş əməkdaşlıq tələb olunan layihə icra edilir: “Bu, yeni bir enerji resursunun təchizatı və marşrutunun layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir. İlkin mərhələdə 4 QVt-lıq enerjinin ötürülməsi nəzərdə tutulur ki, bununla da Azərbaycan Avropa üçün “yaşıl enerji”nin mühüm təchizatçısına çevriləcək. Bütün bunlar, həmçinin “yaşıl enerji” ilə bağlı Azərbaycanın potensial və planları Almaniyadan olan şirkətlərlə tərəfdaşlıq üçün də imkanlardır.”
Dəyirmi masada enerji şirkətlərinin Azərbaycanda istehsal olunan elektrik enerjisinin ötürülməsi, bərpa olunan enerji və “yaşıl hidrogen”, günəş panellərinin istehsalı, dekarbonizasiya üzrə əməkdaşlığa maraqları ifadə edilib. Görüşdə şirkətləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Lamiyə
mia.az
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...