Fransa və İsraildən sonra almanlar da etiraza qalxdı: 7 əyalət "kilidləndi" - FOTOLAR

img

27-03-2023 [15:56]


Fransada pensiya, İsraildə məhkəmə islahatlarına qarşı etirazların qarşısıalınmaz həddə çatmasının ardından daha bir ölkədə ara qarışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada son 31 ilin ən böyük "nəqliyyat tətili" başlayıb. 

Məlumata görə, nəqliyyatçılaırn kütləvi etirazı üzündən təyyarə, qatar və avtobusların əksəriyyəti dayanıb. 

Alman polisi səhər saatlarında 7 ştatda böyük tıxacların olduğunu bildirib.

Almaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan Birləşmiş Xidmət Sənayesi Birliyi və Dəmiryol İşçiləri Həmkarlar İttifaqının çağırışına əsasən, nəqliyyat sektorunda çalışanlar gecə yarısından etibarən maaşlarının artırılması tələbi ilə 24 saat müddətinə işə çıxmaqdan imtina ediblər.

Samir

Mia.az

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR