RUSİYA və ÇİN BİR-BİRİNƏ KİLİDLƏNİR: Putin ərəbləri neft-qaz tədarükündə geriyə saldı - Alternativ yeni güzərgahlar çəkilir
27-03-2023 [09:14]
Çin sədri Si Cinpinin Rusiyaya səfəri və Moskvada Putinlə birgə mesajları dünya mediasının hələ də bir nömrəli müzakirə mövzusu olaraq qalır.
Mia.az xəbər verir ki, dünyanın yenidən bölüşdürülməsi, yeni idarəetmə sistemninin yaranacağı barədə iddiaların ortaya atıldığı dönəmdə Çin rəhbərinin Moskvaya səfəri və burada ABŞ öncüllüyündəki Qərbə qarşı "əzələ nümayişi" ciddi təhlil olunur.
Xüsusilə onun "dünyada 100 ildən bir baş verənlər təkrarlanır" deyərək, dünyanın savaş ocaqları ilə alova çevrildiyinə diqqət çəkərək, bu və ya digər proseslərdə Rusiya ilə birgə hərəkət edəcəklərini bəyan etməsi tərəflər arasındakı təkcə silah-sursatı deyil, iqtisadi anlaşmaları da müzakirələrə açıb.
Bu yöndə "Haberturk"ün yazarı Güntay Şimşək maraqlı təhlil aparıb.

GÜNTAY ŞİMŞƏK
Mia.az həmin təhlili tərcümə edərək, oxuculara təqdim edir:
"Çin sədri Si Cinpinin Rusiyaya səfəri iki ölkə arasında xüsusilə enerji sahəsində diqqət çəkən əməkdaşlıqla bağlı "gözçıxaran" rəqəmlər ortaya çıxarıb.
Dünən Rusiyanın Çinə qaz tədarükündə birinci yerdə olduğuna diqqət çəkdim. Neftlə bağlı rəqəmlər də oxşar artım üzrə davam edir. Bu ilin yanvar-fevral dövründə Rusiya ən böyük nefti Çinə tədarük edərək Səudiyyə Ərəbistanını ikinci yerə itələyib.
Yanvar-fevral aylarında Rusiya Çinə 15,68 milyon barel neft tədarük edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz artım deməkdir. Doğrudur, Çinin Rusiyadan aldığı neftə görə ödədiyi qiymət Brent markalı neftlə müqayisədə ucuzdur.

Bu il Çin Rusiyadan gündəlik 2,2 milyon barrel neft almağı planlayıb. Rusiya mətbuatı bu rəqəmin hətta 2,5 milyon barrelə qədər arta biləcəyini iddia edir. Bundan əlavə, iki nəhəng ölkə yeni neft-qaz marşrutu çəkir. Artıq yanvarda imzalanmış hökumətlərarası sazişə əsasən, “Sibirin gücü - 2” qaz kəmərinin tikintisinə başlanılıb. Artıq bu kəmərin keçəcəyi güzərgahlar tam dəqiqləşdirilib...
Nəticə etibarı ilə, Ukraynaya hücumdan sonra Rusiyanı tərk edən Qərb şirkətlərini əvəzləməyə başlayan Çin şirkətləri Putinin ölkəsində önəmli mövqelərə yüksəlir, rəsmi Moskva isə bunun qarşılığında sanksiyaya məruz qalan neft və qazını Pekinə ötürməklə, ciddi iqtisadi sıxıntılardan "böyük nəfəslik" qazanır.
Beləliklə, iki ölkə arasındakı əlaqələr hər sahədə sürətlə dərinləşir. Çin sədri Si Cinpinin son səfəri isə təksə hərbi-sənaye sahəsində deytil, iqtisadi əlaqələrin strateji səviyyədə inkişafına yaşıl işıq yandırıb.

Təkrar yazım ki, Qərbin sanksiyaya saldığı Rusiya qazının yanvar ayında Çinə nəqli 2,7 milyard kubmetr təşkil edib. Bu rəqəm o deməkdir ki, Rusiya Çinə qaz tədarükündə də lider ölkə statusundadır.
Rusiya ilə yanaşı, Türkmənistan və Qətər də Çinə təbii qaz tədarük edən əhəmiyyətli iki ölkə olaraq diqqət çəkir. Hər iki ölkə 2023-cü ilin yanvar ayında Pekinə 2,2 milyard kubmetr təbii qaz satıb. Onları 1,8 milyard kubmetrlə Avstraliya izləyir.
Rusiyanın təbii qaz nəhəngi “Qazprom” “Sibirin Gücü” boru kəməri ilə Çinə təqribən 2 milyard kubmetr qaz çatdırıb və bunun 770 milyon kubmetrini LNG (sıxılmış qaz) olaraq göndərib.
Çin mənbələrinə görə, yanvar ayında ümumi idxal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 11,3 milyard kubmetrə çatıb. LNG tədarükü 7 faiz artaraq 5,21 milyon ton, boru kəməri qazı idxalı isə 7,2 faiz azalaraq 4,48 milyard kubmetr olub.

Ötən il “Sibirin Gücü” boru kəməri ilə Çinə 15,5 milyard kubmetr təbii qaz tədarük edən Rusiya 2025-ci ilə qədər tədarük həcmini 38 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bundan əlavə, “Qazprom” iki müxtəlif boru kəməri ilə Çinə qaz göndərmək üzərində işləyir.
İki ölkə arasında başqa diqqətəlayiq detallar da var. Məsələn, 2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29,3 faiz artaraq 190,27 milyard dollara çatıb. 2023-cü ilin yanvar-fevral dövründə iki ölkə arasında ticarət dövriyyəsi 25,9 faiz artıb".
Rusiya və Çinin digər sahələr üzrə də əməkdaşlığı genişləndirməyə davam etdiyiini buraya əlavə etsək, o zaman bu ildən etibarən dünya siyasətində Rusiya-Çin ittifaqı ilə ABŞ-Avropa ittifaqı arasında "şiddətli rəqabət"in daha qorxunc müstəviyə daşınacağını əminliklə demək olar...
Bu yerdə onu da qeyd edək ki, Çin son aylar dünya siyasətindəki "ağırlığı"nı artırmağa başlayıb. Təsadüfi deyil ki, rəsmi Pekin ötən həftə Səudiyyə Ərəbistanı ilə İran XİN rəhbərliyini bir araya gətirərək, onlar arasındakı diplomatk münasibətlərin bərpasına da nail olublar.

Görünür, Çin hər vəchlə Qərbə qarşı cəbhəni genişləndirməyin daha doğru olduğunu düşünür. Başqa sözlə desək, Perkin son aylar "ən yaxşı müdafiə hücumdur" taktikasına üstünlük verməyə başlayıb...
Əlbəttə, Ukrayna savaşına görə böyük iqtisadi və siyasi təzyiqlərlə üz-üzə olan Putinin də Çin kimi nəhəng bir ölkə ilə birgə addımlamağa məcbur edir. Bir sözlə, bir sıra parametrlərinə görə bir-birinə yaxın olan bu ölkələrin indiki məqamda bir-birlərinə qucaq açmasından başqa yolları qalmayıb...
Elə dünən Rossiya-1 kanalına müsahibəsində də Putin Qərbi bütün cizgiləri aşmaqda ittiham edib.
Onun sözlərinə görə, ABŞ-ın təzyiqlərinin qarşılığında Çinlə əməkdaşlığı genişləndirir: "Biz Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk"
Rusiya lideri deyib ki, hələlik bu əməkdaşlıq ittifaq səviyyəsinə yetişməyib: "Hələlik münasibətlərimniz hərbi ittifaq səviyyəsinə yetişməyib".
Putinin sözərindən belə anlaşılıb ki, tərəflər artıq ittifaq formulu üzərində də çalışırlar.
Lamiyə Əhmədli
MİA.AZ
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...