LAÇIN YOLUNDAKI AKSİYANIN 103-cü GÜNÜ: etiraz davam edir (Yenilənib)

img

24-03-2023 [18:00]


Bu gün Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 103 gün keçir.

Mia.az xəbər verir ki, aksiyada azərbaycanlı könüllülər hər zaman olduğu kimi, ermənilərin ekoloji terroruna "yox" deyirlər.

Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır.

Bu gün saat 09.00 radələrində erməni ailələri Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 8 maşında Xankəndidən Ermənistana yollanıblar.

Saat 10.00-a olan məlumata əsasən, sülhməramlıların 4 maşını aksiyanın keçirildiyi yoldan maneəsiz keçib.

***

Saat 16.00-a olan məlumata əsasən, sülhməramlıların daha 57 maşını aksiyanın keçirildiyi yoldan maneəsiz keçib.

***

Saat 18.00-a olan məlumata əsasən, sülhməramlıların daha 12 maşını aksiyanın keçirildiyi yoldan maneəsiz keçib.

Bununla gün ərzində Laçın yolunda sərbəsty gediş-gəliş edən sülhməramlılara məxsus avtomobillərin sayı 73-ə çatıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA