Ağdamda traktor minaya düşdü, sürücü yaralandı - DİN açıqlama yaydı

img

18-03-2023 [17:53]


Ağdamda ekskavator minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, rayonun Əfətli kəndində kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib.

Hadisə zamanı E.Yusifov yüngül dərəcəli bədən xəsarətləri alıb, texnikaya ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA