Prezidentin TDT-də mesajlarla dolu çıxışı: Ermənistana son xəbərdarlıq, Şuşa Bəyannaməsi və... - TƏHLİL
17-03-2023 [14:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.
Görüş hər nə qədər fevralın 6-da Türkiyədə yaşanan dəhşətli zəlzələ ilə bağlı olsa da, Türk dövlətləri arasında əməkdaşlığın inkişafı haqda da mühüm məsələlər müzakirə olundu.
Sammitdə türk dövlətlərinin liderləri çıxış edib. Ölkə başçısının Fövqəladə Zirvə görüşündə çıxışı isə xüsusilə diqqət çəkib.
Şuşa bəyannaməsi çağırışı
Prezident çıxışı zamanı bildirib ki, “2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır”.
Şuşa Bəyannaməsi türk ölkələri üçün bir örnək təşkil edir. Bu müqavilənin bənzəri yeni müqavilələrin türk ölkələri arasında qarşılıqlı və ümumtəşkilat səviyyəsində imzalanması zəruridir. Prinsip etibarilə bu həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin uzun müddətdir nail olmaq istədiyi məsələdir.
Şuşa bəyanaməsi kimi bir müqavilənin TDT-nin üzvləri arasında imzalanması faktiki olaraq təşkilatın mövcud statusunu və siyasi çəkisini artıracaq.
Ermənistana son xəbərdarlıq!
Prezident çıxışı zamanı qeyd edib ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.
Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qalması faktiki olaraq Ermənistanın Praqa və Soçi görüşlərində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi və 10 Noyabr bəyanatının pozulması deməkdir. Bu və bu kimi digər məsələlər faktiki olaraq rəsmi Bakının separatçılara qarşı antiterror, Ermənistana qarşı isə sülhəməcburetmə əməliyyatına başlaması üçün əsas yaradır. Mümkündür ki, Bakı indiki məqamda Ermənistan ilə bağlı bu məqamları dilə gətirərək dünya ictimaiyyətinə, eyni zamanda türk dövlətlərinə baş verə biləcək ehtimal əməliyyatların məsuliyyətini! Ermənistanın daşıdığı mesajını verir.
Əliyevin “Türk dünyası” mesajının hədəfi
Prezidentin çıxışının ən diqqətçəkən məqamı, şübhəsiz, onun “Hörmətli həmkarlar, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir” sözləri oldu.
Bu ifadə geniş və dar mənada müxtəlif cür şərh edilə bilər:
Birincisi, Prezident “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Ölkə başçısı Türk dünyası daha böyük coğrafiyanı əhatə edir” deyərək, əslində, İraq türkmənlərini, Suriya türkmənlərini, Çindəki uyğurları, Rusiyadakı tatar, başqırd və digər türk etnoslarını nəzərdə tuta bilər. Bu həm də TDT-nin vizyonunun genişliyindən xəbər verir.
İkincisi, Prezidentin bu ifadəsi həm də İrana bir mesajdır. Prezident bildirib ki, “Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır”. Prinsip etibarilə bu, Prezidentin TDT-nin bundan öncəki sammitində qeyd etdiyi “Azərbaycan sərhədləri xaricindəki soydaşlarının taleyinə biganə qalmayacaq” ifadəsinin məntiqi davamıdır. Rəsmi Bakı bununla bir daha İrana mesaj verir ki, Azərbaycan ilə gərginlik onun bir dövlət kimi mövcudluğunu təhlükə altına sala bilər.
Qərbi Zəngəzurun və qərbi azərbaycanlıların müqəddəratı
Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, “Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur”.
Ölkə başçısının bu məsələni son zamanlar xüsusilə qabartması təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, bu gün Qərbi Zəngəzur Ermənistan ərazisi olaraq qəbul olunsa da, faktiki olaraq 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı ilə Azərbaycandan qoparılıb, Ermənistana verilib. Özü də bu proses Azərbaycan xalqının iradəsi xaricində qanunsuz şəkildə edilib. Sovet hökuməti Qərbi Zəngəzuru Ermənistana verərək faktiki olaraq Türkiyə ilə Qafqaz və Mərkəzi Asiya türklərinin əlaqələrini kəsməyə nail oldu. Bu mənada ölkə başçısı Zəngəzur dəhlizini qabardaraq bu ayrılığın yalnız Zəngəzur dəhlizi açılacağı təqdirdə tam olaraq sonlanacağı mesajını verir. Zəngəzur dəhlizi Azərbaycanın təklifi olsa da, türk dünyasının ortaq marağı olmalı və bu istiqamətdə Ermənistana TDT səviyyəsində təzyiq edilməlidir.
Prezident çıxışı zamanı həm də onu qeyd edib ki, 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub.
“Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir”.
Azərbaycan bu gün erməni icması ilə danışıqlara başlayıb. Onların Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi maneələrə baxmayaraq davam edir.
Ümumiyyətlə, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmadığı təqdirdə Ermənistan ilə Azərbaycan arasında münaqişə bitə bilməz. Bitsə də, gec-tez yenidən alovlanacaq. Çünki bu münaqişə qərbi azərbaycanlıların deportasiyası ilə başladı. Başladığı kimi də bitməlidir.
Turan Rzayev,
Global Media və Siyasət Araşdırmaları İB-in eksperti
MİA.AZ
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub