Selin apardığı yaşlı kişi çəkiliş edənə əlini uzatdı, ancaq... - FOTO

img

16-03-2023 [10:00]


Türkiyə böyük dağıdıcı zəlzələlərdən sonra Şanlıurfa və Adıyaman şəhərlərində bu dəfə yaşanan sel fəlakəti ilə yenidən sarsılıb.

Mia.az xəbər verir ki, sel fəlakəti barədə çəkilən video və fotolar görənlərin "ürəyini dağlayır".

Çəkilən bir video isə görənlərin sərt etirazına səbəb olub.

Belə ki, çəkiliş edən şəxs selin aprdığı yaşlı kişinin uzatdığı əlini tutmaq və ona kömək etmək əvəzinə, heç nə olmamış kimi çəkilişi davam etdirib. Sosial şəbəkə istifadəçiləri və qardaş ölkə mətbuatı bu görüntüləri paylaşaraq, kəskin tənqidlər yağdırıb.

Xatırladaq ki, daşqın 14 nəfərin ölümünə səbəb olub, 5 nəfər isə itkin düşüb.

Həmin etiraz doğuran görüntünü bu linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/shorts/D3fUebufSgg

Lamiyə

mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA