Prezident bu nazirliyə əlavə səlahiyyət verib - Fərman

img

15-03-2023 [14:32]


 Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlaya, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu ƏƏSMN-in vahid sistemindən çıxarılıb.

Eyni zamanda fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik Aparatının, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edəcək və onların işinin əlaqələndirilməsini təmin edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA