İrandan Azərbaycana gətirilən məhsullarda zərərli maddələr tapılıb

img

15-03-2023 [12:13]


İrandan Azərbaycana gətirilən portağal və bibərdə zərərli orqanizm aşkarlanıb.

Mia.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla bildirir ki, idxalatçı şirkətlərin müraciəti əsasında Agentlik əməkdaşlarının götürdüyü nümunələrin müayinələri nəticəsində İrandan idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 372 kq bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kq və “Narnumru“ MMC-yə məxsus 21 100 kq portağal məhsulunda isə sitrus tristeza virusu aşkarlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.

Verilmiş qərarlara əsasən Qaradağ Rayon Qızıldaş Poliqonunda məhvetmə tədbiri həyata keçirilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA