Türkiyədəki zəlzələ bölgəsində daha bir fəlakət: güclü sel konteyneri apardı, 1 nəfər ölüb, 4 nəfər itkin düşüb

img

15-03-2023 [11:22]


Türkiyənin zəlzələ baş verən bölgəsində ötən gün yağan  güclü yağış yeni fəlakətlərə yol açıb.

Mia.az xəbər verir ki,  bu barədə şəhər valisi Numan Hatipoğlu açıqlama verib.

O bildirib ki güclü yağışın yaratdığı sel Adıyamanda bağçada zəlzələdən zərərçəkənlər üçün qurulan bir konteyneri aparıb: "Nəticədə konteynerdə olan 1 nəfər ölüb, 4 nəfər itkin düşüb".

Vali onu da deyib ki, çadır şəhərçiyini də su basıb: "Hazırda şəhərçiyin bir hissəsindəki çadırlar başqa yerə köçürülür".

Lamiyə,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA