Zəminə Əliyeva İstanbulda tədbirdə: "Bu kəmərlərlə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib"
14-03-2023 [21:43]
"İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib".
Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, bunu energetika nazirinin müşaviri Zəminə Əliyeva İstanbulda “Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi”nin təşkilatçılığı ilə keçirilən 26-cı Avrasiya İqtisadi Zirvəsi çərçivəsində “Yeni nizamın təsirləri. Siyasiləşdirilmiş enerji təchizatı böhranı dəyişikliklərin xəbərçisidirmi?” movzusunda panel sessiyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan bu gün Avropanın enerji təchizatını şaxələndirən ölkədir: “Azərbaycan kritik dövrdə qısamüddətli missiyasını Türkiyə ilə enerji birliyinin nailiyyəti olan Cənub Qaz Dəhlizi sayəsində uğurla yerinə yetirib”.
Çıxışda enerji və geosiyasətin bağlılığında enerji çatışmazlığı, enerji tədarükü sistemində pozulmalar, qiymətlərdəki volatillik, neft-qaz axınları xəritəsinin yenidən tərtib edilməsi yeni enerji nizamının göstəriciləri kimi qeyd edilib. Bildirilib ki, belə bir enerji düzənində prioritet məsələ enerji təhlükəsizliyidir. Neft-qaz resurslarından, onların təchizatçılarından asılılığa son qoyulması, təchizat boşluğunu qaza tələbatın azaldılması ilə kompensasiya cəhdləri dayanıqlı enerji təhlükəsizliyinə zəmanət vermir.
Ona görə də "yaşıl enerji" layihələrinə investisiyalar artırılarkən neft-qaz sektorunda investisiya boşluğunun həlli də düşünülməlidir. Bir mənbədən asılılığın riskli olduğu, bu səbəbdən də təbii qaz və bərpa olunan enerjidən istifadənin vəhdətdə inkişafının gözlənilməz risklərdən sığortalanmağın qarantı ola biləcəyi vurğulanıb.
Z. Əliyeva bildirib ki, ölkəmiz irəlidə xarici investorlarla birgə reallaşdırılan ümumi gücü 25 QVt-dan çox bərpa olunan enerji layihələri ilə Avropanı "yaşıl enerji" və "yaşıl" hidrogen ilə təchiz etməyi planlaşdırır. Bu məqsədlə gündəmdə olan əsas layihələr haqqında danışılıb və vurğulanıb ki, bunlar Azərbaycanın tərəfdaşlarının enerji və ekoloji təhlükəsizliklərinə töhfə verən uğurlu enerji siyasətinin daha bir təsdiqidir.
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...