Türkiyədə seçki: cəmi 4 partiya barajı aşır - SORĞU

img

14-03-2023 [14:59]


Türkiyədə mayın 14-də keçiriləcək seçkilər üçün geri sayım davam edir.

Mia.az xəbər verir ki, seçkilərlə bağlı analitik mərkəzlər tez-tez keçirilən sorğuları təhlil edirlər.

Son olaraq 12 müxtəlif təşkilatın sorğuları ümumiləşdirilərək təhlil olunub.

Türkiyənin haberler.com saytı yazır ki, 12 ayrı-ayrı təşkilatın - Aksoy, ALF, Areda, Survey, Asal, Avrasya, MAK, Optimar, ORC, PIAR, Socio Politik və TEAM araşdırma şirkətlərinin yanvar ayı ərzində apardığı anketlərin ortalaması hesablanıb.

Alınan nəticələrə görə, AK Partiya 34,8 faiz, CHP isə 25,5 faizlə ikinci yerdədir. Görünən odur ki, Meral Akşenerin rəhbərlik etdiyi İYİ Partiya 13,4 faizlə siyahıda üçüncü yeri tutub. Sonrakı yerdə 10,3 faizlə HDP gəlir.

Digər partiyalar, əsasən də Dövlət Baxçalının MHP-si (6.9 faiz) ilə Məhərrəm İncənin sədri olduğu Məmləkət Partiyası (0.9) 7 faizlik barajı aşa bilmirlər.

Digər nəticələrlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Lamiyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA