LAÇIN YOLUNDAKI AKSİYANIN 93-cı GÜNÜ: etiraz davam edir (Yenilənib)

img

14-03-2023 [22:07]


Bu gün Laçın yolunun Şuşadan keçən hissəsində ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 93 gün ötür.

Mia.az xəbər verir ki, azərbaycanlılar bu gün də ermənilərin ekoloji terroruna qarşı şüarlar səsləndirib, eyni zamanda, sülhməramlıların nəzarətində olan ərazilərdə monitorinq aparılmasını tələb ediblər.

Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır.

Dünən sülhməramlılara məxsus daha 71 maşın yoldan maneəsiz keçiblər

***

Bu gün saat 10.04-ə olan məlumata görə, içərilərində erməni ailələri olan Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 14 avtomobi aksiyanın keçiirildiyi yoldan maneəsiz hərəkət edib.

***

Bu gün saat 10.35-ə olan məlumata görə, sülhməramlılara məxsus 28 maşın yoldan maneəsiz keçiblər

***

Bu gün saat 17.07-yə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus daha 9 maşın Xankəndiyə yollanıb.

***

Bu gün saat 17.49-ə olan məlumata görə, sülhməramlılara məxsus 33 maşın yoldan maneəsiz keçiblər.

Bununla da yolda maneəsiz hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 75-ə çatıb.

***

Bu gün saat 22.00-a olan məlumata görə, sülhməramlılara məxsus 4 maşın yoldan maneəsiz keçiblər.

Bununla da gün ərzində yolda maneəsiz hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 79-a yüksəlib.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA