LAÇIN YOLUNDA AKSİYADAN 90 GÜN ÖTÜR

img

11-03-2023 [17:11]


Bu gün 90 gündür Laçın yolunun Şuşadan keçən hissəsində ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyası davam edir.

Mia.az xəbər verir ki, ekofəallar bu gün də ekoloji terrorun dayandırılması və Azərbaycanın rəsmi qurumlarının həmin yerlərdə monitorinq aparmalarını tələbi barədə plakatlar qalıdırıb, şüarları səsləndirirlər.

Qeyd edək ki, aksiyaya baxmayaraq Laçın yolu  humanitar məqsədlər üçün tamamilə açıqdır.

Bu gün saat 14.00-dək sülhməramlılara məxsus 15 maşın yoldan maneəsiz keçid edib.

***

Bu gün saat 17.10-yə olan məlumata görə, sülhməramlılara məxsus daha 26 maşın Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da gün ərzində yoldan maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının sayı 41-ə yüksəlib.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA