Vüqar Rəhimzadə: "Bu, Forumun əhəmiyyətinin, digər tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir"
10-03-2023 [21:38]
“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu iştirakçıların təmsilçiliyi və say tərkibi ilə müzakirəyə çıxarılan məsələlərin nə qədər önəmli və bugünümüz üçün aktual olduğunu nümayiş etdirir. Bu fikir dövlət başçısı İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında da xüsusi qeyd edildi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür".
Bu sözləri Mia.az-a YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, forumda, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə səsləndirilən çağırışlar, ünvanlanan mesajlar bu gün nəinki ölkə, bütövlükdə dünya mətbuatında geniş şərh olunmaqdadır: "Yeni dünya düzəninin formalaşdığı, postpandemiya dövrünün reallıqlarının müzakirə edildiyi bir zamanda bu mövzuda keçirilən Qlobal Bakı Forumunda hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsinə, yeni yanaşmaların ortaya qoyulmasına çağırışlar edildi. Bir daha qeyd edildi ki, qarşıda ümumi çağırışlar var. Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Hazırda dünyada nə qədər insan aclıqdan əziyyət çəkir. Bu cür çağırışların həlli yolları tapılmalıdır. Yeni ümidlər yaradılmalı və gələcəyə – sabaha baxmalıyıq. Səhv və doğru addımların nədən ibarət olduğunu bilməliyik. 61 ölkədən 360-dək nümayəndə belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün X Qlobal Bakı Forumuna toplaşdı. İştirakçıların təmsilçilik səviyyəsinə diqqət yetirsək görərik ki, Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edirlər. Bu, bir tərəfdən Forumun əhəmiyyətinin, digər tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu, ondan irəli gəlir ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır, dünyanı narahat edən problemlərə böyük həssaslıqla yanaşır, çıxış yollarını göstərir".
O bildirib ki, Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə diqqət yönəldilərək bölünmüş dünyada dayanıqlılığın yaradılması, onun qlobal sülhə təsiri məsələləri geniş müzakirə edilib: "Dövlət başçısı İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs edərək bunun iki - dinc və qeyri-dinc yolunun olduğunu diqqətə çatdırdı. Ölkə Prezidenti artıq tarixə gömülmüş Qarabağ münaqişəsinin timsalında belə münaqişələrə yanaşmanı və çağırışları ifadə etdi. Azərbaycan 30 il münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağına ümid etdi. Bu dövrdə danışıqların imitasiya naminə aparıldığı diqqətdən yayınmasa da rəsmi Bakı ədalətin sonda qalib gələcəyinə, məsələnin sülh danışıqları əsasında həll ediləcəyinə böyük ümid bəslədi. Lakin 2020-ci ildə erməni silahlı birləşmələri növbəti dəfə təxribatlar törədilməsinə cəhdlər göstərməklə Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Belə ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri əsasında əks-hücum əməliyyatına başlaması ilə nəticələndi. Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərini güc tətbiq etməklə azad etdi. Bu, bizim legitim hüququmuz idi".
YAP Xətai rayon təşkilatının sədri diqqəti qlobal çağırışlar sırasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məsələsinə də yönəldib.
Bildirib ki, tarixi Zəfərimizdən sonra Azərbaycan Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanması təklifini irəli sürdü və eyni zamanda, bu bəyanatı səsləndirdi ki, bu sənəd uzun müddət masa üzərində qalmayacaq: "Ölkəmiz işğalçı Ermənistana növbəti dəfə şans verdi. Ermənistan isə hazırda bu şansı dəyərləndirib, sülh müqaviləsinin imzalanması istiqamətində səylər göstərmək əvəzinə 30 illik işğal dövründə atdığı addımları təkrarlamağa səy göstərir. Ermənistan ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətini canlandırmağa çalışsa da Azərbaycan tərəfinin bununla bağlı sərt mövqeyi aydındır. Artıq Minsk qrupu tarixin arxivinə göndərilib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir".
Vüqar Rəhimzadə bildirib ki, Forumun mövzusundan da aydın olur ki, səsləndirilən çağırışlar sadəcə bir fikir olaraq deyil, gələcəklə bağlı ümidlərin yaranmasına, bu arzu və istəklərin reallıqda öz əksini tapmasına xidmət etməlidir.
Samir MUSAYEV
MİA.AZ
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir