Türkiyədə daha bir güclü zəlzələ oldu - Camaat küçələrə qaçdı (FOTO)

img

10-03-2023 [09:40]


Bu gün səhərə yaxın Türkiyənin Kayseri şəhərində növbəti zəlzələ olub.

Mia.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, bu gün yerli vaxtla saat 05.28-də Kayserinin Hacılar rayonunda 7 km dərinlkdə 4.8 bal gücündə silkələnmə baş verib.

Məlumata görə. güclü zəlzələdən sonra camaat qorcxudan küçələrə çıxıb, evlərinə dönməyiblər.

Kayseri valisi Şenol Esmer də paylaşım edərək, bildiirb ki, 4.8 bal gücündə zəlzələ baş versə də, şəhərdə hər hansı bir dağıntı və insan tələfatı yaşanmayıb: "Keçmiş olsun!".

Xatırladaq ki, fevralın 6-da baş verən güclü zəlzələdən sonra Türkiyədə demək olar hər gün  - 4-6.5 bal aralığında zəlzələlər olur. Dünən də Adıyaman şəhərinin Sincik rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Lamiyə

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA