Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib - FOTO (Yneilənib)

img

09-03-2023 [17:41]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib.

Mia.az xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edildi, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirildi.

Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunuldu, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulandı.

Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA